Filiallar və səlahiyyətlər

Filiallar və rola əsaslanan səlahiyyətlər

İkinci filialı açanda ikinci proqram almayın. Hər filial öz əməkdaşları, kassası və anbarı ilə işləyir; siz isə hamısını bir paneldən görürsünüz.

  • Klinika + zoomağaza filialları
  • Filial üzrə kassa və anbar
  • Rola əsaslanan səlahiyyətlər
  • Əməliyyat jurnalı
1

Filiallar

Paketinizə görə bir neçə klinika və ya zoomağaza məkanı açın. Hər filialın ünvanı, telefonu və iş saatları ayrıdır; qəbullar, satışlar, kassa hesabları və anbar əməliyyatları filiala bağlı saxlanılır.

2

Rola əsaslanan səlahiyyətlər

Həkim, resepşn, mühasibat, anbar məsulu… Öz rollarınızı yaradın; hər ekran üçün baxmaq, əlavə etmək, redaktə etmək və silmək səlahiyyətlərini ayrıca verin.

3

Modullar

İstifadə etmədiyiniz ekranları söndürün, menyu sadələşir. Söndürdüyünüz modulun məlumatı silinmir, yenidən açanda geri qayıdır.

4

Kim, nə vaxt, nə edib?

Mühüm əməliyyatlar istifadəçi və vaxt məlumatı ilə sistem jurnalına yazılır. Dəyişikliyin mənbəyini axtarmaq artıq təxmin işi deyil.

Filiallar və səlahiyyətlər haqqında suallar

Neçə filial aça bilərəm?

Filial sayı paketinizdən asılıdır. Qiymətlər səhifəsində hər paketin filial, istifadəçi və pasiyent qeydi limitlərini görə bilərsiniz.

Əməkdaş başqa filialın məlumatlarını görə bilərmi?

Əməkdaşları filiallara təyin edirsiniz; səlahiyyətləri rolundan asılı olaraq müəyyən olunur. Mərkəzi administrator bütün filialları birlikdə görür.

Pəncəli dostlarınıza daha çox vaxt ayırın

Kağız işlərini ZooAsist-ə həvalə edin. Hesabınızı bir neçə dəqiqəyə açın və ya biznesinizə uyğun təqdimat üçün bizə zəng edin.

[email protected]