Zoomağaza

Zoomağaza proqramı

Yem, aksesuar və baxım xidmətlərini sürətli çeklə satın, anbarınız avtomatik yenilənsin. Müştərinizin dostunu adı ilə tanıyın.

Tanış problemlər və ZooAsist-dəki həlləri

Bitən məhsul, əldən çıxan satış

Minimum qalıq səviyyəsindən aşağı düşən məhsullar paneldə siyahılanır; sifariş vaxtını qaçırmırsınız.

Tanınmayan müştəri

Müştərinin hansı heyvanı olduğunu, sonuncu dəfə nə aldığını bilirsiniz. Hətta yemi bitməyə yaxın xatırlatma da göndərə bilərsiniz.

Dəftərdə qalan nisyə

Qismən ödənişlər müştərinin balansında saxlanılır; kimin nə qədər borcu olduğu bir kliklə bəlli olur.

Qarışan qruminq günləri

Qırxım və baxım qəbulları təqvimdədir; sahibə qəbul xatırlatması avtomatik gedir.

Müştərinin yolu

  1. 1

    Satış

    Məhsulları çekə əlavə edin; endirim və ƏDV hər sətir üzrə tətbiq olunur.

  2. 2

    Ödəniş

    Nağd, kart və ya köçürmə; qismən ödənişdə qalan məbləğ müştərinin balansında qalır.

  3. 3

    Anbar

    Satılan məhsul anbardan silinir, azalan məhsul xəbərdarlıq siyahısına düşür.

  4. 4

    Təchizat

    Təchizatçıdan gələn məhsulu seriya nömrəsi və yararlılıq müddəti ilə anbara mədaxil edin.

Zoomağaza üçün əsas imkanlar

Tez-tez verilən suallar

Zoomağazada müayinə ekranlarını görmək məcburiyyətindəyəm?

Xeyr. Zoomağaza kimi açılan hesablarda müayinə, resept və peyvənd ekranları standart olaraq söndürülüb; menyunuz yalnız satış, anbar və müştəri işlərindən ibarətdir.

Bir neçə mağazam var.

Paketinizə görə bir neçə zoomağaza məkanı aça bilərsiniz. Hər məkanın kassası və anbar əməliyyatları ayrıca saxlanılır.

Digər həllər

Pəncəli dostlarınıza daha çox vaxt ayırın

Kağız işlərini ZooAsist-ə həvalə edin. Hesabınızı bir neçə dəqiqəyə açın və ya biznesinizə uyğun təqdimat üçün bizə zəng edin.

[email protected]